- Təhsil: Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, risklərin idarə edilməsi, riyaziyyat, statistika və ya digər əlaqəli sahə üzrə bakalavr təhsili. Magistr təhsili üstünlükdür;
- İş təcrübəsi: Bank sektorunda risklərin idarə edilməsi, əməliyyat riskləri, daxili nəzarət, audit, komplayens və ya digər əlaqəli funksiyalar üzrə minimum 5 il, o cümlədən rəhbər vəzifədə və ya komanda idarəçiliyi üzrə minimum 2 il;
- Peşəkar biliklər: Risk və risk hadisələrinin idarə edilməsi, əməliyyat itkiləri, kök-səbəb təhlili, RCSA risklərinin təhlili və qiymətləndirilməsi, risk qiymətləndirmə metodologiyaları, Basel hadisə təsnifatı, risk reyestri və tənzimləyici hesabatlılıq üzrə geniş biliklər;
- Əlavə biliklər: Bank və rəqəmsal bankçılıq məhsulları, biznes prosesləri, daxili nəzarət mexanizmləri, məxsusi və qalıq risk yanaşmaları, əməliyyat itkilərinin maliyyə və kapital təsiri və Mərkəzi Bankın aidiyyəti tələbləri üzrə biliklər;
- Texniki biliklər: Microsoft Excel və PowerPoint proqramları üzrə yüksək səviyyəli biliklər, məlumatların təhlili və vizuallaşdırılması, risk sistemləri, dashboard-lar və məlumat bazaları ilə işləmək bacarığı. SQL, proseslərin avtomatlaşdırılması və süni intellekt əsaslı analitik alətlər üzrə biliklər üstünlükdür;
- Xarici dil: İngilis (əla), Rus (arzuolunandır);
- Sertifikatlar: CERM, CRMA, FRM, PRM, CIA, COSO, ISO 31000 və ya əlaqəli sertifikatların olması üstünlükdür;
- Şəxsi bacarıqlar: Analitik və strateji düşünmə, qərarvermə, komanda və proseslərin idarə edilməsi, prioritetləşdirmə, keyfiyyətə nəzarət, danışıqlar aparma, əsaslandırılmış mövqe bildirmə, maraqlı tərəflərin idarə edilməsi, təqdimat və dəyişikliklərin idarə edilməsi bacarıqları.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: