- Ali təhsil — maliyyə, iqtisadiyyat, mühasibat uçotu, bank işi və ya əlaqəli ixtisaslar üzrə;
- Banklarda kredit təhlili, kredit monitorinqi və ya kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
- Biznes kreditlərinin maliyyə təhlili və monitorinqi üzrə praktiki təcrübə;
- Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatlarını təhlil etmək bacarığı;
- Maliyyə əmsalları, pul axını, borc yükü və ödəmə qabiliyyətinin qiymətləndirilməsi üzrə biliklər;
- Girov təminatlarının monitorinqi və qiymətləndirmə hesabatları ilə işləmək bacarığı;
- Azərbaycan Respublikasının bank və kredit fəaliyyəti üzrə normativ tələbləri haqqında biliklər;
- MS Office, xüsusilə MS Excel proqramında yaxşı işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Ezamiyyətlərə və müştərilərin fəaliyyət ünvanlarına monitorinq səfərlərinə hazır olmaq;
- İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
- Məsuliyyətlilik, dəqiqlik, operativlik
Üstünlük veriləcək namizədlər
- Orta və iri biznes kreditlərinin monitorinqi üzrə təcrübəsi olan;
- Kredit anderraytinqi və ya kredit risklərinin qiymətləndirilməsi sahəsində çalışmış;
- Vergi hesabatları, bank hesabı çıxarışları və idarəetmə hesabatlarını müqayisəli təhlil edə bilən;
- Monitorinq nəticələrinə əsasən erkən xəbərdarlıq indikatorlarını müəyyən etmək təcrübəsi olan;
- Kredit dosyelərinin normativ və daxili prosedurlara uyğunluğunu yoxlamaq bacarığı olan namizədlə
- Şəxsi avtomobilin və B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür.
Xahiş olunur mövzu hissəsində Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis vəzifəsini qeyd edib CV cv@bankavrasiya.az elektron poçt ünvanına göndərəsiniz.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: