Rəqəmsal KOS / Özəl və Fərdi Bankçılıq şöbəsinin Kiçik Kredit Risk Anderrayteri
PASHA Bank
Razılaşma
finstaff.az
Elan #18237
26.08.2026
Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
–
Cins
Fərqi yoxdur
Kateqoriya
Bank
Kredit mütəxəssisi
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
26.08.2026
Bitmə tarixi
14.09.2026
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
Veb sayt
www.pashabank.az
İş barədə məlumat
Rəqəmsal Kreditləşmə (Kiçik və Orta Sahibkarlıq üzrə), Pərakəndə Bankçılıq, Özəl Bankçılıq və Skorinq Modellər üzrə kredit sifarişlərinə baxılması, kredit risklərinin anderraytinqinin təmin edilməsi və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflərin verilməsi;
Kredit sifarişləri üzrə borcalanla və Bankın müvafiq daxili strukturları ilə peşəkar ünsiyyətin qurulması, məlumatların alınması və verifikasiyası;
Ötürülmüş səlahiyyətlər çərçivəsində kredit sifarişləri ilə bağlı rəy və ya qərarın verilməsi, icrasına nəzarət edilməsi;
Kredit sifarişləri üzrə müvafiq ərizə formalarının doldurulması və kredit reytinq cədvəllərindən istifadə edərək, kredit reytinqinin təyin olunması;
Funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
Namizədlərə tələblər
Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
İş təcrübəsi: Biznes kreditləri, maliyyə təhlili və risk sahələrində minimum 1 il iş təcrübəsi
Lisenziya/Sertifikat: Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatın (ACCA və s.) olması üstünlükdür.
Xarici dil: ingilis dili (səlis) və rus dili (orta) bilikli namizədlərə üstünlük verilir.
Kompüter bilikləri: Microsoft Office
Digər: Bank qanunvericiliyi və requlyator tələblərlə bağlı biliklər
Maraqlanan namizədlərMüraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: