Unibank Kommersiya Bankı — Vakansiya
Vakansiya · finstaff.az
KOS (SME) Kredit Monitorinqi üzrə Aparıcı/Baş mütəxəssis
Unibank Kommersiya Bankı
Razılaşma
finstaff.az
Elan #18236
26.08.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Bank
Kredit mütəxəssisi
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
26.08.2026
Bitmə tarixi
24.09.2026
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
Veb sayt
www.unibank.az
İş barədə məlumat
  • Bankın SME kredit portfeli üzrə davamlı monitorinqin aparılması və müştəri davranışlarının təhlili;
  • Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi;
  • Müştərinin maliyyə göstəricilərinin (DSCR, dövriyyə, debitor və kreditor borcları və s.) dövri əsasda yenilənməsi və təhlil edilməsi;
  • Müştərinin öhdəliklərini yerinə yetirməsinə nəzarət, gecikmələrin, restrukturizasiyaların və qeyri-standart halların təhlili;
  • Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsinə nəzarət və müvafiq hesabatların hazırlanması;
  • Problemli kreditlər üzrə ilkin diaqnostikanın aparılması və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;
  • Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinin qiymətləndirilməsi;
  • Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zərurət yarandıqda onların yenilənməsinə nəzarət;
  • Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədlərə tələblər
  • Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Kreditlərin monitorinqi və ya maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
  • Kredit portfeli üzrə risklərin idarə olunması və erkən xəbərdarlıq siqnallarının (EWS) təhlili üzrə biliklər;
  • Bank sektoru və Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədləri üzrə baza biliklər;
  • Sahə yoxlamalarında iştirak təcrübəsi və yerli bizneslərin fəaliyyət prinsipləri barədə biliklər üstünlükdür;
  • Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı.

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 26.08.2026