- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir);
- Əlavə Dəyər Vergisi (ƏDV) və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə praktiki biliklər;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə dərin biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
- e-taxes.gov.az, e-gov.az, e-sosial.az, DSMF, ƏDV (VAT) və digər elektron dövlət portalları ilə işləmək bacarığı;
- Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları;
- Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
- Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
- Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mühasib” yazaraq hr@greentech.az elektron poçt ünvanına göndərilməsi və ya +994 55 400 70 80 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: