- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Magistr təhsili.
- İş təcrübəsi: Bank, maliyyə risklərinin idarə edilməsi, kredit riskləri, bazar və likvidlik riskləri, risk modelləşdirilməsi və ya digər əlaqəli sahələrdə minimum 10 il, o cümlədən minimum 4 il idarəçilik təcrübəsi.
- Lisenziya/ Sertifikat: FRM, CFA, PRM və ya maliyyə risklərinin idarə edilməsi ilə əlaqəli digər beynəlxalq sertifikatlara üstünlük verilir.
- Xarici dil: İngilis dili, Rus dili
- Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; statistik təhlil, risk modelləşdirilməsi, məlumatların emalı və vizuallaşdırılması alətləri ilə işləmək bacarığına üstünlük verilir.
- Məhsul üzrə biliklər: Bankın kredit, depozit, xəzinədarlıq, investisiya və digər maliyyə məhsulları, prosesləri və istifadə olunan əsas informasiya sistemləri üzrə geniş bilik.
- Bazar üzrə biliklər: Maliyyə bazarları, bank sektoru, makroiqtisadi göstəricilər, yerli tənzimləyici tələblər, Basel standartları, IFRS 9 və maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübələrə dair geniş bilik.
- Başqa tələblər: Strateji və analitik düşünmə, mürəkkəb maliyyə məlumatlarını təhlil etmə, liderlik, qərarvermə, dəyişikliklərin idarə edilməsi, effektiv kommunikasiya, danışıqlar aparma, maraqlı tərəflərin idarə edilməsi və yüksək səviyyəli hesabatların təqdim edilməsi bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: