"Azərbaycan Mühasiblər Məktəbi" MMC — Vakansiya
Vakansiya · finstaff.az
Mühasibat Uçotu və 1C – 3 aylıq təlim proqramı
"Azərbaycan Mühasiblər Məktəbi" MMC
Razılaşma
finstaff.az
Elan #18161
11.08.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Mühasibat
Mühasib
Təhsil
İş təcrübəsi
1 ildən aşağı
Elan tarixi
11.08.2026
Bitmə tarixi
31.12.2026
Əlaqədar şəxs
Təlim koordinatoru
Telefon
+994 12 310 05 50 / +994 50 209 34 72
E-mail
info@amm.edu.az
Veb sayt
www.amm.edu.az
İş barədə məlumat

Mühasibatlıq sahəsində karyeraya başlamaq istəyirsiniz? Praktiki biliklərinizi inkişaf etdirin, 1C proqramında işləməyi öyrənin və iş həyatına daha hazırlıqlı başlayın.

Bu proqram sizin üçün doğru başlanğıc ola bilər.

Nə öyrənəcəksiniz?

Proqramda yalnız nəzəri biliklər deyil, real iş prosesində istifadə olunan praktiki mühasibatlıq bacarıqları tədris olunur.

  • Mühasibat uçotunun əsas prinsipləri
  • Kassa və bank əməliyyatları
  • Mal-materialların uçotu
  • Əsas vəsaitlərin uçotu
  • Əməkhaqqı hesablamaları
  • Vergilər və vergi əməliyyatları
  • İstehsalat və məsrəflərin uçotu
  • Satış əməliyyatları
  • Maliyyə hesabatlarının hazırlanması
  • 1C proqramında praktiki iş

Təlim müddətində real iş proseslərinə uyğun tapşırıqlar yerinə yetirəcək, mühasibat əməliyyatlarını tətbiq edəcək və işə başladığınız zaman sizə lazım olacaq praktiki bacarıqları formalaşdıracaqsınız.

Təlim haqqında

  • 25 dərs / 50 saat
  • Format: Əyani | Online
  • Sertifikat: Təlim sonunda imtahan nəticəsinə uyğun sertifikat
  • Təlimçilər: Mühasibatlıq və 1C üzrə peşəkar təlimçilər
  • Ödənişlidir ( xüsusi güzəştlər tətbiq olunur)

Proqramın tam məzmununa baxmaq üçün keçidə daxil olun.
 

Namizədlərə tələblər

Kimlər üçün uyğundur?

  • Mühasibatlıq sahəsində işə başlamaq istəyənlər
  • Mühasib köməkçisi və kiçik mühasib vəzifələrinə hazırlaşanlar
  • Təcrübəsi olmayan və sıfırdan başlamaq istəyənlər
  • Yeni məzunlar və tələbələr
  • Mühasibatlıq üzrə biliklərini yeniləmək istəyənlər
  • 1C proqramını praktiki şəkildə öyrənmək istəyənlər

Müraciət etmək üçün keçidə daxil olun.

+994 50 209 34 72
+994 12 310 05 50


Mühasibatlıq sahəsində işə başlamaq üçün praktiki bacarıqlarınızı bu gündən inkişaf etdirin.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 12.08.2026