Caspian Cable Systems — Vakansiya
Vakansiya · finstaff.az
Əməliyyatçı mühasib
Caspian Cable Systems
Razılaşma
finstaff.az
Elan #18138
06.08.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
21 – 25 yaş
Cins
Fərqi yoxdur
Kateqoriya
Mühasibat
Mühasib
Təhsil
Orta ixtisas
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
06.08.2026
Bitmə tarixi
05.09.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.caspiancable.com
İş barədə məlumat
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
  • İnternet banking üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi) və digər ödənişlərin icrası 
  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması 
  • Online kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
  • Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
  • Sorğu olduqda mağaza stokunun proqramdan çıxarılması

İş şərtləri: 

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: razılaşma əsasında.
  • İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.
  • Nahar Şirkət tərəfindən təmin olunur 
Namizədlərə tələblər

Əsas tələblər:

  • Yaş: 21-25
  • Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili
  • Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
  • Microsoft Office proqramlarında işləmə bacarığı.
  • ERP və digər mühasibat proqramlarında işləmək bacarığı
  • Analitik düşüncə və detallara diqqət.
  • Məsuliyyətlilik və operativlik.
  • Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.
  • Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@caspiancable.com elektron ünvanına mövzu yerinə Əməliyyatçı mühasib yazaraq göndərmələri xahiş olunur. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 07.08.2026