Departament: Maliyyə
Tabeçilik: Maliyyə Direktoru
Vəzifə üzrə xülasə
- "Pizza Mizza" restoranlar şəbəkəsinin maliyyə komandasına təcrübəli və analitik təfəkkürə malik Müxabirləşmələr və hesabatlılıq üzrə böyük mühasib axtarılır. Bu vəzifədə siz maliyyə bağlanışı prosesinə rəhbərlik edəcək, bütün filiallar üzrə müxabirləşmənin aparılmasını təmin edəcək və rəhbərlik üçün dəqiq maliyyə hesabatlarını hazırlayacaqsınız.
Öhdəliklər:
Müxabirləşmənin aparılması və ayın bağlanması
- Pizza Mizza-nın bütün filialları və mərkəzi anbarı üzrə aylıq, rüblük və illik maliyyə bağlanışı prosesini həyata keçirmək.
- Hesablar Planını mükəmməl bilmək, hesabların düzgün təsnifatını və istifadəsini təmin etmək.
- Aylıq bağlanış təqviminin idarə edilməsi, bütün hesabların vaxtında bağlanmasının təmin edilməsi.
- Jurnal müxabirləşmələrini (əməkhaqqı, amortizasiya, icarə, kommunal xərclər və filiallararası köçürmələr) hazırlamaq və sistemə daxil etmək.
- Bütün balans hesabları üzrə aylıq üzləşdirmələr aparmaq və filiallararası kənarlaşmaları araşdırmaq.
- Əsas vəsaitlərin (mətbəx avadanlıqları, sobalar, çatdırılma nəqliyyat vasitələri) uçotunu aparmaq və amortizasiyasını hesablamaq.
Maliyyə hesabatlığı və əməliyyat analizi
- Aylıq konsolidə edilmiş maliyyə hesabatlarını (Mənfəət və Zərər, Balans, Pul Vəsaitlərinin Hərəkəti) vaxtında tərtib etmək.
- Aylıq nəticələr üzrə əsas kənarlaşmaların səbəblərini müəyyən edib Maliyyə Direktoruna qısa analitik izah təqdim etmək.
- Hər bir Pizza Mizza filialı üzrə P&L hesabatlarını hazırlamaq, filial menecerləri ilə birlikdə xərc kənarlaşmalarını təhlil etmək.
- Əsas xərc göstəricilərinə — (Ərzaq, Qablaşdırma, İçki maya dəyəri və İşçi qüvvəsi xərcləri) nəzarət etmək və büdcə ilə müqayisə etmək.
- Günlük satışları, POS-terminal daxilolmalarını, kassanı və çatdırılma tərəfdaşlarından (Wolt, Bolt Food) gələn ödənişləri daxili uçotla üzləşdirmək.
Daxili nəzarət və proseslərin təkmilləşdirilməsi
- Proseslərin təkmilləşdirilməsi: Mühasibat uçotu, hesabatlılıq və üzləşdirmə proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək.
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və daxili maliyyə standartlarına riayət olunmasını təmin etmək.
- Vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, ödəniş mənbəyində tutulan vergilər) hazırlanmasında maliyyə komandasına dəstək vermək.
- Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləri və cədvəlləri təqdim etmək.
İş şəraiti
- İş yeri: "Pizza Mizza" Baş Ofisi
- İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
- "Pizza Mizza" restoranlarında korporativ işçi endirimləri.