- Ticari kontragentlər üzrə verilmiş bonus gəlirlərinin hesablanmasını və sistemə inteqrasiyasını həyata keçirmək
- Hesablanmış bonusların müvafiq olaraq müqavilə və ya təsdiq maili ilə üzləşdirmək və nəzarətdə saxlamaq
- Şirkət gəlirlərinin (tədarükçü bonusları) şöbələr, kateqoriyalar və projelər üzrə bölgüsünü və uçotunu aparmaq
- Gəlirlərin təsdiq sənədləri və müqavilələri aidiyyəti strukturlardan qəbul etmək, yoxlamaq və qarşılıqlı üzləşmək
- Gəlirləri icra tarixlərinə uyğun olaraq aylar üzrə sistemdə düzgün əks etdirmək
- Kontragentlər ilə debitor üzləşmələri aparmaq
- Hesablar üzrə qalıqların düzgünlüyünə nəzarət etmək.
- Gündəlik debitor borc yaşlanmasını izləmək və yığımları kontrolda saxlamaq
- Gəlirlərin analizlərini aparmaq, yaranan problemləri vaxtında aradan qaldırmaq və ya rəhbərliyə məlumat vermək
- Mühasibat uçotu ilə bağlı sənəd dövriyyəsini təşkil etmək və sənədləşməni düzgün aparmaq
- Aylıq olaraq struktur üzrə qoyulan hədəflərə çatılmasına nəzarət etmək
- Müqavilə şərtləri üzrə bonusların proqnoz və simulyasiyasını həyata keçirmək
İş qrafiki: 5 günlük, 09:00- 18:00
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Təlim İmkanları
- Karyera yüksəlişi