PASHA Bank — Vakansiya
Vakansiya · finstaff.az
Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin KOS Bakı Filialları üzrə Satış və Əməliyyatlar/ Bridge Plaza şöbəsinin Müştəri Xidmətləri qrupunun Qarşılama üzrə Assistent
PASHA Bank
Razılaşma
finstaff.az
Elan #17995
27.07.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Bank
Digər
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elan tarixi
27.07.2026
Bitmə tarixi
23.08.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.pashabank.az
İş barədə məlumat
  • Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
  • Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
  • Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımı tədbirlərin görülməsi;
  • Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və standartların ən yüksək səviyyəsində icrasının təmin edilməsi;
  • Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası;
  • İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğun təmin edilməsi;
  • Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
  • Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
  • Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
  • Ehtiyac olduqda filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
  • Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi;
  • Filial rəhbəri və Filial koordinatoru tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması;
  • Bank standartlarına uyğun məktubların hazırlanması, Filiala əlaqəli məktubların qəbulu və göndərilməsi;
  • Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatının təmin edilməsi.
Namizədlərə tələblər
  • Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): müvafiq sahə üzrə minimum 0-1 il;
  • Dil bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə);
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word);
  • Digər: Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 27.07.2026