Abşeron Logistika Mərkəzi — Vakansiya
Vakansiya · finstaff.az
Operativ nəzarət və monitorinq üzrə baş mütəxəssis
Abşeron Logistika Mərkəzi
Razılaşma
finstaff.az
Elan #17928
20.07.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Maliyyə
Digər
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
20.07.2026
Bitmə tarixi
17.08.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
İş barədə məlumat

“Abşeron Logistika” MMC “Operativ nəzarət və monitorinq üzrə baş mütəxəssis”  vəzifəsinə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Struktur vahidləri üzrə əməliyyat sənədlərinin yoxlanması, təhlili və monitorinqinin təmin edilməsi;
  • Maliyyə, mühasibatlıq sahəsi üzrə əməliyyatların yoxlanılması, sənədlərin proqram təminatı məlumatları ilə üzləşdirilməsi;
  • Məlumatların analitik təhlili, çatışmazlıqların aşkarlanması və hesabatın hazırlanması;
  • Proseslərin təhlili, maliyyə məlumatlarının 1C proqramı vasitəsi ilə üzləşdirilməsi;
  • Yoxlama və monitorinq zamanı aşkar edilmiş fərqlər, nöqsan və boşluqlarla bağlı hesabat hazırlamaq və çatışmazlıqların aradan qaldırılması üçün təkliflər vermək;
  • Yoxlama və monitorinq zamanı şirkətin fəaliyyətinə və ya maraqlarına risk yaradan / ziyan vuran şəraitin mövcudluğunu, baş vermiş və ya baş verməsi ehtimal olunan pozuntuları müəyyən etmək;
  • Aparılmış yoxlamarın nəticələrinə dair təqdimat etmək;
  • Monitorinq və təhlil nəticələrini struktur vahidi rəhbərləri ilə müzakirə etmək, aradan qaldırılmasını izləmək və birbaşa rəhbərinə hesabat vermək.
Namizədlərə tələblər
  • Ali iqtisadi təhsill (Biznesin idarə edilməsi, Maliyyə, Mühasibat uçotu və audit və s.);
  • Müvafiq sahədə iş təcrübəsi - minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri üstünlükdür;
  • MS Office (Word, Outlook) proqramlarını yaxşı səviyyədə, Excel-i yüksək səviyyədə bilmək;
  • 1C proqramında iş bacarığı üstünlükdür.

Peşəkar tələblər:

  • Prosesləri idarə etmək qabiliyyəti;
  • Təqdimat bacarıqları,
  • Starteji düşünmə qabiliyyəti,
  • Vergi qanunvericiliyi və mühasibat uçotu qaydalarını bilməli.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalı üzərindən müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Operativ nəzarət və monitorinq üzrə baş mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 21.07.2026