Xalq Bank — Vakansiya
Vakansiya · finstaff.az
Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin aparıcı/böyük/baş mütəxəssisi
Xalq Bank
Razılaşma
finstaff.az
Elan #17867
13.07.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Bank
Digər
Təhsil
Magistr
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
13.07.2026
Bitmə tarixi
10.08.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.xalqbank.az
İş barədə məlumat
  • Bankda risklərin idarə edilməsi prosesisinin çərçivəsini müəyyən edən normativ sənəd bazasını hazırlamaq;
  • Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanı təşkil etmək;
  •  Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılması üzrə metod və modellərin seçilməsi, tətbiqi üçün təkliflər vermək və qərarların qəbul olunmasında iştirak etmək;   
  • RCM yaradılması və davamlı nəzarəti prosesini həyata keçirmək;
  • İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasını təmin etmək;
  • Yaradılan yeni məhsul/xidmət, biznes proses, layihələrin risk əsaslı təhlilində iştirak etmək və qarşısının alınması üzrə təkliflər vermək;
  • Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy vermək;
  •  Bankda risk mədəniyyətinin artırılması məqsədilə maarifləndirmə işlərini həyata keçirmək;
  • Risklərin idarə edilməsinə dair hesabatlıq, məlumat və sənədlərin hazırlanmasını təşkil etmək;
  • İdarənin və Bankın Riskləri İdarəetmə Komitəsinə müzakirəyə təqdim olunan məsələləri kordinasiya etmək və müvafiq məlumatların Komitəyə tam və dolğun şəkildə təqdimatını təşkil etmək;
  • Strateji risklərin idarə edilməsinə dair proseslərdə iştirak etmək, rəy və təkliflər vermək;
  • Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi sistemi və nəzarət tədbirlərinin effektivliyinin artırılması üçün təkliflər vermək;
Namizədlərə tələblər
  • İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili;
  • Xarici dil bilikləri (ingilis dili -zəruri);
  • MS Ofis proqramları ilə işləmə bacarığı;
  • Digər proqram təminatları ilə işləmə arzuolunandır.
  • Bank və ya maliyyə sahəsində azı 3-6 il iş təcrübəsi;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik bilikləri;
  •  Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər, habelə beynəlxalq nəzəri və praktiki biliklər;
  • İşdə dəqiqlik və detallara fikirvermə bacarığı;
  • Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları;
  • Ünsiyyət və əməkdaşlıq bacarığı;
  • ERM üzrə təcrübə, bilik və bacarıqlar;
  • ESG üzrə biliklər arzuolunandır;
  • CERM, ISO 31000, PRM, CFA, FRM və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 14.07.2026