İş təcrübəsi
- Borcların təqibi sahəsində iş təcrübəsi arzuolunandır.
- Satış, çağrı mərkəzi (Call Center), müştəri xidmətləri və ya müraciətlərin emalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Təcrübəsi olmayan, lakin öyrənməyə meyilli və inkişaf potensialı yüksək olan namizədlər də nəzərdən keçirilə bilər.
- Müştərilərlə yazılı ünsiyyət təcrübəsi üstünlük hesab olunur.
- Məhkumluğun, kredit və ya məhkəmə qərarları üzrə ödənilməmiş borcların olmaması vacibdir.
- Səlis yazılı və şifahi nitq bacarığı.
Bilik və bacarıqlar
- Borcların təqibi ilə bağlı qanunvericilik üzrə bilik arzuolunandır.
- Danışıqlar aparmaq və münaqişələri idarə etmək bacarığı.
- Etirazlarla işləmək və stresli vəziyyətlərdə düzgün qərar vermək bacarığı.
- Kompüter, CRM sistemləri və ofis proqramlarından sərbəst istifadə.
- Yazılı və şifahi ünsiyyət bacarıqları yüksək səviyyədə olmalıdır.
- Müştərinin vəziyyətini tez təhlil etmək və uyğun ünsiyyət üsulu seçmək bacarığı.
- İşgüzar etikaya riayət etmək.
Şəxsi keyfiyyətlər
- Ünsiyyətcil və insanlarla asan əlaqə qura bilmək.
- Stressə davamlı və emosional cəhətdən sabit olmaq.
- Daxili qaydalarda, motivasiya sistemində və iş proseslərində baş verən dəyişikliklərə tez uyğunlaşmaq.
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
- Yüksək özünütəşkil və intizam.
- Qətiyyətli olmaqla yanaşı, nəzakətli ünsiyyət qurmaq bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini recruitment@kredaqro.az elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: