PASHA Life — Vakansiya
Vakansiya · finstaff.az
Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin müdiri
PASHA Life
Razılaşma
finstaff.az
Elan #17796
25.06.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Sığorta
Digər
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elan tarixi
25.06.2026
Bitmə tarixi
25.07.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.pasha-life.az
İş barədə məlumat

Risklərin İdarəedilməsi Departamenti, Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyət üzrə maliyyə və sığorta risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və effektiv idarə olunmasının təşkili;
  • Risklərin idarəedilməsi üzrə tənzimləyici və daxili nəzarət çərçivəsinin tətbiqi və təkmilləşdirilməsinə rəhbərlik;
  • Risklərin ölçülməsi üçün model və alətlərin qurulması, inkişaf etdirilməsi və tətbiqinə nəzarət;
  • Risklərin idarəedilməsi siyasətləri, prosedurları və limitlərə əməl olunmasına nəzarət;
  • Risk İştahası Bəyannaməsinin hazırlanması, yenilənməsi və risk metriklərinin inkişaf etdirilməsi üzrə təkliflərin verilməsi;
  • Risk limitlərinin monitorinqi, pozuntuların təhlili və yumşaldıcı tədbirlərin həyata keçirilməsinə nəzarət;
  • Stress test və ssenari analizlərinin təşkili, nəticələrinin təhlili və qərarverməyə inteqrasiyası;
  • Solvency modeli çərçivəsində risklər üzrə kapital tələblərinin hesablanması və kapitalın effektiv bölüşdürülməsi üzrə təkliflərin verilməsi;
  • Maliyyə və sığorta riskləri üzrə hesabatlılığın, risk göstəricilərinin və monitorinq sistemlərinin təmin edilməsi;
  • Şöbənin fəaliyyətinin idarə olunması, əməkdaşların işinin koordinasiyası və təşkilat üzrə risk mədəniyyətinin inkişaf etdirilməsi.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Namizədlərə tələblər
  • İş təcrübəsi: Maliyyə və sığorta risklərinin idarə edilməsi sahəsi üzrə 5 il və daha çox iş təcrübəsi tələb olunur.
  • Təhsili: Risklərin idarə edilməsi, Maliyyə, İqtisadiyyat, Aktuar və ya  sahə üzrə əlaqəli bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
  • Üstünlüklər: CFA, FRM sertifikatlarına sahib olmaq üstünlükdür.
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 26.06.2026