NBCO KredAqro — Vakansiya
Vakansiya · finstaff.az
Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri
NBCO KredAqro
Razılaşma
finstaff.az
Elan #17789
24.06.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Maliyyə
Digər
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
24.06.2026
Bitmə tarixi
23.07.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.kredaqro.com
İş barədə məlumat

“KredAqro” BOKT MMC Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün əsas risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarətini əhatə edən risklərin idarə olunması sisteminin qurulması və inkişaf etdirilməsi.
  • Risklərin idarə olunması üzrə metodologiyaların, prosedurların və qaydaların hazırlanması və aktuallaşdırılması, o cümlədən ödəniş xidmətləri və üçüncü tərəflərlə qarşılıqlı fəaliyyət riskləri.
  • Risklər üzrə daxili hesabatlılığın təşkili və rəhbərlik üçün analitik materialların hazırlanması.
  • Risk-menecment mədəniyyətinin inkişaf etdirilməsi və risklərin idarə olunması proseslərinin effektivliyinin artırılması.
  • Strateji planlaşdırmada iştirak və biznes təşəbbüslərinin risklər baxımından qiymətləndirilməsi.
  • Struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi.
  • Komandaya rəhbərlik: tapşırıqların müəyyən edilməsi, icrasına nəzarət, nəticələrin qiymətləndirilməsi.

ƏL/TMM üzrə məsul şəxsi əvəz edərkən funksiyalar:

  • ƏL/TMM üzrə qanunvericiliyin tələblərinə və daxili reqlamentlərə riayət olunmasına nəzarət.
  • Əməliyyatların monitorinqi və müştəri üzrə CDD prosedurlarının həyata keçirilməsi.
  • Şübhəli və cari əməliyyatlar üzrə hesabatların hazırlanması və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi.
  • Əməliyyatların dayandırılması hallarında müvafiq tədbirlərin görülməsi.
Namizədlərə tələblər
  • Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və s.).
  • Risklərin idarə olunması sahəsində ən azı 3–5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə.
  • Risklərin qiymətləndirilməsi, limitlərin hazırlanması və idarəetmə hesabatlılığı üzrə təcrübə.
  • Risk-menecment üzrə beynəlxalq yanaşmaların biliyi.
  • FRM, GARP, IRM, CFA, CPA, CIA sertifikatlarının olması üstünlükdür.
  • Excel və ofis proqramlarında sərbəst işləmə bacarığı.
  • Rus dili biliyi — mütləq tələbdir.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur. 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 24.06.2026