“Zeytun Pharmaceuticals” şirkəti “1C operator” axtarışındadır.
Vəzifə funksiyaları:
- Mal satanlara iadə olunan malların razılaşdırılmış iadə şərtlərinə uyğunluğunu və əməliyyatın doğruluğunun yoxlanılması və 1C proqramında təsdiq edilməsi;
- Apteklərdən daxil olan iadələrin daxili qaydalara uyğunluğunun yoxlanılması şirkətdən alınmayan malların iadəsinin və digər neqativ halların qarşısının alınması;
- Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət;
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi, 09:00-dan 18:00 kimi; ( 6- ci günlər növbəli)
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 750-900 AZN