PAŞA Sığorta ASC namizədləri Model Risklərinin və Təşkilati Risklərinin İdarəolunması üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin model və təşkilati risklərinin effektiv idarə olunmasına, risk mədəniyyətinin inkişaf etdirilməsinə, daxili normativ sənədlərin hazırlanmasına və risklərin qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının təmin edilməsinə cavabdehdir. Rəhbərliyə və komitələrə risk hesabatlarının hazırlanması, risk limitlərinin təyin olunmasında iştirak və risk sağlamlıq indeksinin idarə edilməsi bu rola daxildir.
Öhdəliklər
- Təşkilat üzrə risk mədəniyyətinin ölçülməsi, inkişaf etdirilməsi, maarifləndirmə və təlimlərin keçirilməsi;
- Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması;
- Şirkət üzrə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir baxımından qiymətləndirilməsi, mütəmadi yenilənməsi prosesinin koordinasiya edilməsi;
- Risk İştahası Çərçivəsi (RAS) və Əsas risk indikatorlarının (KRI) üzrə limitlərin təyin edilməsi prosesində iştirak və aidiyyatı üzrə koordinasiyanın təmin edilməsi;
- İdarə Heyəti və Risk Komitəsi üçün risk hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Təsdiq edilmiş risk limitlərinə riayət olunmasına nəzarət və limit istifadəsi üzrə təhlillərin aparılması;
- RCSA prosesinin aparılması və dəstək göstərilməsi;
- Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Bizim Təklifimiz
- Peşəkar və dinamik komandada işləmək imkanı;
- Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar;
- Şirkətin inkişafında real təsir imkanı;
- Şəffaf və açıq korporativ mədəniyyət;
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.