Expressbank ASC — Vakansiya
Vakansiya · finstaff.az
Maliyyə Departamenti/ Direktor
Expressbank ASC
Razılaşma
finstaff.az
Elan #17683
10.06.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Maliyyə
Digər
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elan tarixi
10.06.2026
Bitmə tarixi
20.06.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.expressbank.az
İş barədə məlumat
  • Bankın strateji maliyyə qərarlarının formalaşdırılmasına, aktiv və passivlərin, kapitalın effektiv idarə olunmasına töhfə verilməsi;
  • Mərkəzi Bank və digər nəzarətedici orqanlara hesabatların düzgün və vaxtında təqdim olunmasına nəzarət;
  • Dövri əsasda rəhbərliyə zəruri hesabatların təqdim olunması;
  • Effektiv büdcə planlamasının aparılması;
  • Departamentin fəaliyyətinin və əməkdaşların inkişafının təmin olunması;
  • Bankın İdarəetmə orqanları tərəfindən ona həvalə edilmiş, həmçinin daxili qayda və təlimatlarla nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
Namizədlərə tələblər
  • Maliyyə, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
  • Bank sektorunda minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə;
  • Bankın likvidliyinin, aktiv və passivlərinin idarə olunması (ALM) sahəsində praktiki təcrübə;
  • BMHS (IFRS) standartları və tənzimləyici orqanlara hesabatlıq üzrə dərin biliklər;
  • Maliyyə modelləşdirilməsi və analitik təhlil üzrə güclü bacarıqlar;
  • Strateji düşünmə, qərarvermə və effektiv liderlik bacarıqları;
  • Yüksək səviyyədə kommunikasiya bacarıqları;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilmək;
  • CFA və ya FRM kimi beynəlxalq peşəkar sertifikatlarının olması üstünlükdür.

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 11.06.2026