PASHA Insurance — Vakansiya
Vakansiya · finstaff.az
Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə aparıcı/baş mütəxəssis
PASHA Insurance
Razılaşma
finstaff.az
Elan #17633
05.06.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Sığorta
Digər
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
05.06.2026
Bitmə tarixi
04.07.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.pasha-insurance.az
İş barədə məlumat

PAŞA Sığorta ASC namizədləri Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. 

Şirkətdə daxili nəzarət mexanizmlərinin effektivliyinin artırılması və dələduzluq risklərinin minimallaşdırılması məqsədilə nəzarət mexanizmlərinin qiymətləndirilməsi, araşdırmaların aparılması və struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi üzrə geniş səlahiyyət və məsuliyyətə malik olan bu vəzifə, biznes proseslərinin təhlili, nəzarət mexanizmlərinin dizaynı və tətbiqi, dələduzluq hallarının araşdırılması və şirkətin normativ uyğunluğunun təmin edilməsində mühüm rol oynayır.

Öhdəliklər

  • Biznes proseslərin təhlili, qiymətləndirilməsi və mövcud nəzarət mexanizmlərinin effektivliyinin təhlil edilməsi
  • Nəzarət mexanizmlərinin dizayn edilməsi və tətbiqində iştirak
  • Tətbiq edilmiş nəzarət mexanizmlərinin effektivliyinin monitorinqi
  • Aşkar edilmiş nəzarət boşluqları və uyğunsuzluqlar üzrə tövsiyələrin hazırlanması
  • Müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin izlənilməsi və nəticələrin monitorinqi
  • Aşkarlama imkanlarını artırmaq üçün dələduzluq tendensiyaları və metodologiyaları ilə qaydaların, indikatorların, skorinq modellərin hazırlanmasında iştirak və mütəmadi optimallaşdırmaq
  • Dələduzluq halları üzrə araşdırmaların aparılması
  • Funksiyanın fəaliyyətinə uyğun siyasət və prosedur, təlimatların hazırlanmasında iştirak və optimallaşdırmaq
  • Normativ sənədlərə, daxili qaydalara və prosedurlara əməl olunmasına nəzarət
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək
  • "Root cause" analizlər aparmaqla sistemli problemlərin müəyyən edilməsi

Bizim Təklifimiz

  • Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı
  • Şəffaf və dəstəkləyici iş mühiti
  • Davamlı öyrənmə və peşəkar inkişaf imkanları
  • Şirkətin fəaliyyətində real təsir yaratmaq imkanı
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Namizədlərə tələblər

Bilik və Bacarıqlar

  • Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində praktiki biliklər
  • Araşdırma və analiz bacarıqları
  • Məlumatların təhlili və nəticələrin vizual təqdimatı
  • Normativ sənədlərlə işləmə və uyğunluğun təmin edilməsi bacarığı
  • Müsahibə aparma bacarığı
  • Analitik və məntiqi düşünmə
  • Yüksək diqqətlilik və detallara həssaslıq
  • Etik davranış və məxfilik prinsiplərinə riayət
  • Problemlərin həlli və qərarvermə bacarığı
  • Komandada işləmə və təşəbbüskarlıq
  • Emosional stabillik və məsuliyyətlilik
  • Yaxşı ünsiyyət qurmaq
  • Dil bilikləri: Azərbaycan, İngilis

Təhsil və Təcrübə

  • Ali təhsil (bakalavr və ya magistr) – Audit, Maliyyə, Riyaziyyat, İqtisadiyyat, Hüquq ixtisasları üzrə
  • Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində minimum 2 il iş təcrübəsi
  • CIA və/və ya CFE sertifikatlarının olması arzuolunandır

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 05.06.2026