OBA Market MMC — Vakansiya
Vakansiya · finstaff.az
Hesabatlıq və analitika üzrə aparıcı mütəxəssis
OBA Market MMC
Razılaşma
finstaff.az
Elan #17627
04.06.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Maliyyə
Analitik
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
04.06.2026
Bitmə tarixi
03.07.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.Job.Oba.com.az
İş barədə məlumat
  • Kommersiya departamenti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını, yenilənməsini və təqdim edilməsini təmin etmək;
  • Məlumatların düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları müəyyən etmək və aradan qaldırmaq;
  • Biznes ehtiyaclarına uyğun ad-hoc hesabatlar, analizlər və data çıxarışları hazırlamaq;
  • Satış, stok, qiymət dəyişiklikləri və digər kommersiya göstəriciləri üzrə analitik təhlillər aparmaq;
  • KPI-ların və performans göstəricilərinin hazırlanmasını, monitorinqini və nəticələrinin qiymətləndirilməsini həyata keçirmək;
  • Hesabatlılıq proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması istiqamətində təşəbbüslər irəli sürmək və tətbiq etmək;
  • Tədarükçülər, məhsul kateqoriyaları və mağazalar üzrə satış və performans analizləri aparmaq;
  • LFL (Like-for-Like) metodologiyası əsasında dövrlərarası müqayisəli hesabatlar hazırlamaq;
  • Tədarükçü, məhsul və mağaza səviyyəsində marja (margin) göstəricilərini təhlil etmək və nəticələri qiymətləndirmək;
  • Silinmə (Write-off) göstəricilərini izləmək, səbəb analizləri aparmaq və təkmilləşdirmə təklifləri vermək;
  • Satış, Maliyyə, Logistika və digər əlaqəli şöbələrlə məlumat mübadiləsini və əməkdaşlığı təmin etmək;

İş qrafiki: 5 günlük

İş saatları: 09.00-18.00

Namizədlərə tələblər
  • Maliyyə, İqtisadiyyat, Biznesin İdarəedilməsi, Riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Hesabatlılıq, biznes analitikası, kommersiya analitikası və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
  • MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, XLOOKUP, mürəkkəb formulalar və s.);
  • Power BI, Tableau və ya digər BI alətləri ilə işləmək bacarığı;
  • Böyük həcmli məlumatlarla işləmək və analitik nəticələr çıxarmaq bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və təqdimat bacarıqları;
  • SQL bilikləri üstünlük hesab olunur;
  • Komanda ilə işləmək, vaxtın idarə olunması və nəticəyönümlülük bacarıqları.

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 04.06.2026