Birbankın Kredit Portfelinə Nəzarət Departamentinin Kreditləşmə şərtlərinə nəzarət şöbəsinə kredit portfelinin keyfiyyətinə nəzarət edən, riskləri vaxtında aşkarlayıb idarə edən, monitorinqləri qayda və prosedurlara uyğun şəkildə effektiv həyata keçirən, analitik düşüncəli və məsuliyyətli istedad axtarışındayıq.
- Kreditlərin planlı və növbədənkənar məsafədən monitorinqlərini həyata keçirmək;
- Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarətin təşkilini və davamlı təqibini təmin etmək;
- Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
- Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak etmək, bu siyasətin tələblərinə əsasən istehlak təyinatlı kreditlərin monitorinqlərinin icrasını təmin etmək;
- Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqləri həyata keçirmək;
- Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;
- Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək;
- Monitorinqin icrası zamanı bankdaxili bütün prosedurlara düzgün riayət olunması üçün məsuliyyət daşımaq;
- Risk hadisələrini aşkarlamaq, Risk reyestrinə daxil etmək, risklərin həllini təmin etmək;
- Gördüyü işlərin təkmilləşməsi məqsədi ilə bir başa rəhbərinə təkliflər vermək.
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti