Air Group — Vakansiya
Vakansiya · finstaff.az
Aparıcı mühasib
Air Group
1300 AZN
finstaff.az
Elan #17432
14.05.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Mühasibat
Mühasib
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
14.05.2026
Bitmə tarixi
14.06.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.airgroup.az/
İş barədə məlumat
  • 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi;
  • Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili; 
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
  • İnventarlaşdırmada iştirak edilməsi;
  • Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etməsi;
  • Hesabat üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilərək müvafiq Dövlət qurumlarına vaxtında təqdim edilməsi;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;
  • Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • Tapşırıqların operativ icra edilməsi.

Əlavə məlumatlar:

  • Əmək haqqı: Gross 1300 AZN
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00
  • Korporativ nömrə və danışıq balansı
Namizədlərə tələblər
  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
  • AR Vergi Məcəlləsini bilməli;
  • Mühasibatlıq və maliyyə təlimlərində iştirak edilməsi əlavə üstünlükdür;
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
  • Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
  • Azərbaycan dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır.
    Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində 
    “Aparıcı mühasib” sözlərini qeyd edərək hr@airgroup.az elektron poçt ünvanına göndərsinlər.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                                                      

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 27.06.2026