Xalq Bank — Vakansiya
Vakansiya · finstaff.az
Maliyyə Menecmenti İdarəsinin Maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin baş mütəxəssisi
Xalq Bank
Razılaşma
finstaff.az
Elan #17357
07.05.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Təlim
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
07.05.2026
Bitmə tarixi
07.06.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
cv@xalqbank.az
Veb sayt
www.xalqbank.az
İş barədə məlumat
  • Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
  • Bank məhsul və xidmətləri üzrə maya dəyərinin hesablanması və analitik təhlili;
  • Bankın müştəriləri və məhsulları üzrə rentabelliyin ölçülməsi;
  • Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili;
  • Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi;
  • Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;
  • Gəlirlərin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək.
Namizədlərə tələblər
  • Maliyyə və İqtisadiyyat (və ya uyğun sahələr üzrə) üzrə magistr təhsili;
  • Maliyyə sektorunda (Maliyyə, Risklərin İdarə Olunması və ya Xəzinədarlıq üzrə) minimum iki il təcrübə;
  • Beynəlxalq Sertifikatlara (xüsusilə CFA və ya FRM) sahib olunması xüsusi üstünlükdür;
  • Ofis proqramları üzrə yüksək səviyyədə işləmək bacarığı (xüsusilə MS Excel);
  • Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;
  • Kommunikasiya qabiliyyətinin yüksək olması;
  • Komanda ilə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 25.06.2026