Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
İnternet banking üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi) və digər ödənişlərin icrası
Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması
Online kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması
Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
Sorğu olduqda mağaza stokunun proqramdan çıxarılması.
İş şərtləri:
6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər /6-cı gün qısa iş günü
Əmək haqqı: 650-700 AZN
İş yeri - Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Namizədlərə tələblər
Yaşı: 20-30 yaş
Təhsil tələbləri: Bakalavr/mühasibatlıq sahəsi üzrə
Staja dair tələb: ən azı 1-2 il (mühasibatlıq sahəsində çalışması üstünlükdür)
İxtisas səriştələri:
Məsuliyyətlilik
Diqqətlilik
Operativlik
Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
MS Office
Logix
1C
Dil bilikləri:
Azərbaycan dili əla səviyyədə olmalı.
Rus və İngilis dili isə arzuolunandır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini qeyd olunan elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
E-mail:hr@caspiancable.com/info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı21.06.2026