Satış sahəsində özünü sübut etmiş və gələcəkdə idarəetmə istiqamətində inkişaf etmək istəyən namizədləri komandamıza dəvət edirik. Bu vəzifə satış bacarıqlarını daha da inkişaf etdirməklə yanaşı, gələcəkdə mağaza idarəçiliyi üzrə karyera qurmaq imkanı yaradır.
Öhdəliklər:
Müştərilərə kreditlə satış imkanlarını təqdim edərək satışların artırılmasına aktiv dəstək vermək
Müştəri ehtiyaclarını düzgün analiz edərək uyğun kredit həlləri təklif etmək
Kredit müraciətlərini operativ şəkildə qəbul edib qiymətləndirmək
Kredit portfelini idarə edərək risklərin minimuma endirilməsini və geri ödənişlərin vaxtında təmin olunmasını nəzarətdə saxlamaq
Kreditlə satış prosesində tələb olunan sənədlərin düzgünlüyünü və daxili qaydalara uyğunluğunu yoxlamaq
Müştəri və müqavilə məlumatlarını sistemə dəqiq və vaxtında daxil etmək
Müştərilərə kredit müqaviləsinin şərtlərini aydın və satış yönümlü şəkildə izah etmək
Gecikmədə olan müştərilərlə effektiv ünsiyyət quraraq ödənişlərin bərpasını təmin etmək
Mağaza meneceri ilə sıx əməkdaşlıq edərək satış hədəflərinə nail olunmasına töhfə vermək;
İş şəraiti:
Əmək haqqı: 500 AZN + bonus sistemi;
İş yeri: Xırdalan şəhəri;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
İş fəaliyyətinə əsaslanan inkişaf və karyera imkanları.
Namizədlərə tələblər
Cins: Kişi
Yaş: 25–35
Təhsil: Ali təhsil
Azərbaycan dilində səlis danışıq və təqdimat bacarığı
Kredit sahəsində minimum 1 il iş təcrübəsi (pərakəndə satış təcrübəsi üstünlükdür)
MS Excel, MS Word və Logo Tiger proqram bilikləri üstünlükdür
Güclü satış və müştəri yönümlü düşüncə
Analitik yanaşma və qərarvermə bacarığı
Riyazi hesablamalarda dəqiqlik
Aktiv, çevik, nəticə yönümlü və məsuliyyətli olmaq
Ünsiyyətcil, inandırma və təqdimat bacarığı yüksək olmalı
Hədəflərlə işləmə və problemləri operativ həll etmə bacarığı.
Tələblərə uyğun namizədlər mövzu hissəsində “Kredit mütəxəssisi” qeyd etməklə şəkilli CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı21.06.2026