Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət etmək
Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək
Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək
Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilmə hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna , digər ayırmaları tərtib və nəzarət etmək
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək
Mühasibatlıq komandasının fəaliyyətini idarə etmək və nəzarətdə saxlamaq
Namizədlərə tələblər
Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
Baş mühasib və ya oxşar vəzifədə minimum 5 il iş təcrübəsi
1C (8.3 ERP) və MS Excel ilə yüksək səviyyədə işləmə bacarığı
Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür
Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli
Peşəkar mühasibatlıq sertfikatına (PMS – MHBS) malik olmalı;
İş şəraiti:
5 günlük iş həftəsi
İş vaxtı: 09:00 - 18:00
Tibbi sığorta
Korporativ nömrə
Əməkhaqqı: 3500 AZN
E-mail: cv@gsupplyllc.com / info@gsupplyllc.com / info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı18.06.2026