İş şəraiti:
Əməkhaqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
İş rejimi: 6 günlük iş qrafiki (müsahibə əsasında iş qrafikində dəyişiklik edilə bilər).
İş yeri: Masallı rayonu (rayon və ətraf ərazilərdə yaşayanlara üstünlük verilir)
Vəzifə öhdəlikləri:
Aylıq, rüblük, illik vergi, DSMF və statistik hesabatların hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması
Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi
1C mühasibatlıq proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin yoxlanışının həyata keçirilməsi
Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
Namizədlərə tələblər
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)
Müvafiq vəzifədə 3 ildən artq iş stajı (istehsalat sahəsində olması arzuolunandır)
Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi)
Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli
Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi
Peşəkar Mühasib Sertifikatı və mühasibatlıq ilə bağlı digər sertifikatları olması üstünlükdür
Komandada işləmə bacarığı
Bəy namizədlər.
Uyğun namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına "Baş mühasib" başlığı ilə göndərə bilər.
E-mail:hr@melissagroup.az/info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı27.06.2026