Melissa Group — Vakansiya
Vakansiya · finstaff.az
Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)
Melissa Group
1500 - 2000 AZN
finstaff.az
Elan #17264
21.04.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
21 – 35 yaş
Cins
Kişi
Kateqoriya
Mühasibat
Mühasib
Təhsil
Orta ixtisas
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
21.04.2026
Bitmə tarixi
21.05.2026
Əlaqədar şəxs
HR
Telefon
+994 51 205 01 07
E-mail
hr@melissagroup.az
Veb sayt
www.melissagroup.az
İş barədə məlumat
Şirkət üzrə aylıq əməkhaqqının tam və düzgün tarifli və sabit əməkhaqqı sistemlərinin idarə olunması;
Bonus, mükafat, əlavə iş saatı, gecə saatı və bayram günləri üzrə ödənişlərin hesablanması;
Məzuniyyət (əmək, ödənişsiz, analıq və s.), ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması;
Son haqq-hesabın (işdən çıxma zamanı) düzgün aparılması;
Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaların düzgün hesablanması;
Müvafiq dövlət orqanlarına aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi;
İcra sənədləri (aliment, kredit və s.) üzrə tutulmaların aparılması;
İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası;
Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması;
Aylıq payroll reyestrlərinin və əməkhaqqı hesabatların hazırlanması;
Audit sorğularına və daxili yoxlamalara operativ məlumat təqdim edilməsi;
Məxfi məlumatların qorunmasının təmin edilməsi;
HR və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əmək haqqı: 1500 - 2000 AZN
İş yeri: Melissa Group (Baş ofis)
Namizədlərə tələblər
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);
Payroll sahəsində minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə güclü biliklər;
Sosial sığorta və xidmət haqları qanunvericiliyi, əməkhaqqı uçotunun metodologiyası;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
1C 8.3 proqramında işləmək bacarığı mütləqdir;
Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;
Məxfilik prinsiplərinə riayət etmə;
Komandada işləmə bacarığı;
21-35 yaş arası namizədlər.
CV-lərinizi qeyd olunan elektron poçt ünvanına "Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız vəzifə üzrə işləyən və təcrübəsi olan namizədlərlə əlaqə saxlanılacaq.
E-mail:hr@melissagroup.az/info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 16.06.2026