PASHA Life — Vakansiya
Vakansiya · finstaff.az
Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi
PASHA Life
Razılaşma
finstaff.az
Elan #17261
21.04.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
25 – 35 yaş
Cins
Kişi
Kateqoriya
Maliyyə
Digər
Təhsil
Orta ixtisas
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
21.04.2026
Bitmə tarixi
21.05.2026
Əlaqədar şəxs
HR
Telefon
(012) 942
E-mail
office@pasha-life.az
Veb sayt
www.pasha-life.az
İş barədə məlumat
Şirkətin fəaliyyəti nəticəsində yaranan maliyyə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, minimallaşdırılması və idarə olunması üzrə mövcud tənzimləyici nəzarət çərçivəsinin tətbiqinə və təkmilləşdirilməsinə dəstək verilməsi;
Maliyyə risklərinin ölçülməsi üçün alətlərin və modellərin qurulması;
Maliyyə risklərinin ölçülməsi üzrə siyasət və qaydaların icrasına nəzarət edilməsi;
Maliyyə riskləri üzrə hesabatlığın hazırlanması;
Şirkətin strateji hədəflərinə uyğun olaraq maliyyə riskləri ilə bağlı risk iştahasının müəyyənləşdirilməsi üzrə təkliflərin verilməsi, göstəricilərin yenilənməsi, həmçinin Risk İştahası Bəyannaməsinə dəyişikliklərin edilməsi və yeni metriklərin əlavə olunması üzrə təkliflərin verilməsi;
Aidiyyəti struktur bölmələrlə birgə həssaslıq (stress) testlərinin həyata keçirilməsində iştirak edilməsi;
Şirkətin risk iştahası, strategiyası və kapitalın bölüşdürülməsi arasında uyğunluğun təmin edilməsi məqsədilə Solvency modelinin formalaşdırılmasında iştirak edilməsi, kredit və bazar riskləri üzrə müxtəlif ssenarilər əsasında kapital tələbinin formalaşdırılması ilə bağlı təkliflərin verilməsi;
Maliyyə riskləri üzrə Risk Sağlamlıq İndeksinin hesablanmasında kəmiyyət göstəricilərinin hesablanmasına nəzarət edilməsi və keyfiyyət göstəricilərinin qiymətləndirilməsində iştirak edilməsi;
Risk mədəniyyətinin artırılması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsində iştirak edilməsi;
İnvestisiya portfelinin mütəmadi monitorinqinin aparılması, nəticələrin təhlil edilməsi, aşkarlanan risklərin nəzarətdə saxlanılması və risklərin minimallaşdırılması (limitlər və s.) üzrə təkliflərin verilməsi.
Namizədlərə tələblər
İş təcrübəsi: Maliyyə və sığorta risklərinin idarə edilməsi sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili: Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla.
Üstünlüklər: Python biliyinə malik olmaq, CFA və FRM sertifikatlarına sahib olmaq.
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
E-mail: office@pasha-life.az / info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 21.06.2026