Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis
PASHA Insurance
Razılaşma
finstaff.az
Elan #17252
17.04.2026
Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
25 – 35 yaş
Cins
Kişi
Kateqoriya
Maliyyə
Maliyyəçi
Təhsil
Orta ixtisas
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
17.04.2026
Bitmə tarixi
15.05.2026
Əlaqədar şəxs
HR
Telefon
(012) 505 12 22
E-mail
recruitment@pasha-insurance.az
Veb sayt
www.pasha-insurance.az
İş barədə məlumat
PAŞA Sığorta ASC namizədləri Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis kimi əsas məqsədiniz şirkətin maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə rəhbərlik etmək, risklərin effektiv idarə olunması üçün qabaqcıl metodologiyaların tətbiqini təmin etmək və rəhbərliyə strateji qərarların qəbulunda dəstək vermək olacaq.
Öhdəliklər
Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin mütəmadi monitorinqinə rəhbərlik etmək, nəticələri təhlil etmək və risklər üzrə rəy bildirmək, reytinq dəyişikliklərinin şirkətin risk profilinə təsirini qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək.
Maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübə və tənzimləyici tələbləri nəzərə alaraq metodoloji sənədlərin uyğunluğunu təmin etmək, metodologiyaların hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi prosesinə rəhbərlik etmək.
Maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsi və qiymətləndirilməsini təşkil etmək.
Stress-test modellərinin hazırlanması, tətbiqi və nəticələrinin dərin təhlilini aparmaq, nəticələrə əsaslanaraq risklərin azaldılması üzrə təkliflər vermək.
Maliyyə riskləri üzrə limitlərin hesablanması və yenilənməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlamaq.
Risk iştahasının strateji hədəflərlə uyğunluğunu qiymətləndirmək və müvafiq təkliflər irəli sürmək.
Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən və xarici mənbələrdən alınmış məlumatları təhlil etmək.
Riyazi, statistik və analitik modellərdən istifadə etməklə maliyyə risklərinin ölçülməsini həyata keçirmək.
Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək.
Risk göstəriciləri üzrə analitik icmallar və təqdimatlar hazırlamaq.
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Bizim Təklifimiz
Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı
Fərdi və peşəkar inkişaf üçün təlim və öyrənmə imkanları
Şirkətin uğuruna töhfə vermək və dəyər yaratmaq imkanı
Şəffaf və açıq korporativ mədəniyyət
Great Place To Work sertifikatlı şirkətdə çalışma imkanı.
Namizədlərə tələblər
MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
Maliyyə risklərinin idarə olunması sahəsində biliklər
Riyazi-statistik metodlar üzrə biliklər
Maliyyə hesabatları üzrə biliklər
Modelləşdirmə və iri həcmli məlumat bazaları ilə işləmək bacarığı
Təqdimat bacarıqları
Emosional stabillik və məsuliyyətlilik
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Məntiqi və analitik düşüncə
Stressə davamlılıq və təşəbbüskarlıq
Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
Ali təhsil (bakalavr) – İqtisadiyyat, Maliyyə, İdarəetmə və ya Riyaziyyat ixtisasları üzrə
Maliyyə və ya sığorta risklərinin idarəolunması sahəsində minimum 3 il iş təcrübəsi
FRM, PRM, CFA kimi beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür.
E-mail:recruitment@pasha-insurance.az / info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı21.06.2026