Biz bank və ya fintech sektorunda təcrübəsi olan Aparici Biznes Analitik axtarırıq. Siz məhsul komandasında çalışaraq maliyyə məhsullarının təhlili, istifadəçi yolunun optimallaşdırılması, hipotezlərin qurulması və biznesin böyüməsinə təsir edən qərarların verilməsində iştirak edəcəksiniz.
Əsas vəzifələr
Biznes metriklərinin, istifadəçi davranışının və məhsul effektivliyinin analizi (conversion, retention, risklər, monetizasiya)
Əsas göstəricilərin monitorinqi və inkişaf imkanlarının müəyyən edilməsi
Hipotezlərin qurulması və A/B testlərdə iştirak
Yeni məhsul və funksionallar üçün tələblərin hazırlanması (Product Manager, Developer və Marketing komandaları ilə birlikdə)
Data vizuallaşdırma və müntəzəm hesabatların hazırlanması
Müştəri seqmentlərinin analizi və istifadəçi təcrübəsinin yaxşılaşdırılması
Böyük data ilə işləmək (SQL, BI alətləri)
Analitik nəticələrin biznes üçün praktik tövsiyələrə çevrilməsi.
Biz təklif edirik
Dinamik fintech mühitində işləmək imkanı
Peşəkar inkişaf imkanları
Rəqabətli əmək haqqı
Güclü komanda və innovativ məhsullar.
Namizədlərə tələblər
Analitik düşüncə və detallara diqqət
Güclü kommunikasiya və təqdimat bacarıqları
Komanda ilə effektiv işləmə bacarığı
Proaktiv və nəticəyönümlü yanaşma
Azərbaycan və rus dillərində səlis danışıq bacarığı.
Təcrübə və Bacarıqlar
Maliyyə sektorunda minimum 2 il təcrübə (bank, fintech, kredit, ödəniş sistemləri və s.)
Maliyyə məhsullarının həyat dövrü haqqında anlayış
SQL, Excel və BI alətlərində təcrübə (Power BI, Tableau və s.)
Biznes və texniki tələblərin hazırlanması təcrübəsi .
E-mail: recruitment@leobank.az / info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı21.06.2026