Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Problemli kreditlər üzrə mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
Problemli kredit portfellərinə nəzarət etmək
Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq
Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək
Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək
Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək
Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəlikləri həyata keçirmək.
Əlavə məlumat
5 günlük iş qrafiki: 09:00– 18:00
Əmək haqqı: 400 AZN + bonus
Namizədlərə tələblər
İqtisadi, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil
21- 35 yaş aralığı
Problemli kreditlər üzrə 1 il iş təcrübəsi
Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.
E-mail:vakansiya@agagroup.az / info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı31.05.2026