Əlavə məlumat
Kadr sənədləşmələrinə aid bütün işlər (məzuniyyət, ezamiyyət, işə qəbul, xitam, tabel, iş yerinə dair arayış və namizədlərlə görüşlərin təşkili, sınaq müddəti ərzində namizədin işinin qiymətləndirilməsi eləcə də,
Elektron Hökumət portalında işləmək, 1 C proqramında bütün kadr işlərinin işlənməsi, Elektron Sənəd Dövriyyəsi sitemində sənəd dövriyyəsinin təşkili və ümumi sənəd dövriyyəsinə nəzarət edilməsi, Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisədə işçilərin işə qəbulu, xitam, bir iş yerindən başqasına keçirilməsi, vəzifə dəyişkənliyini, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirir; işçilərin isb.az sığorta qeydiyyatının aparılması və nəzarət edilməsi;
Əmək müqaviləsi və tamm maddi məsuliyyət müqavilələrini hazırlayır;
İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;
İşçilərə ezamiyyə vərəqələrinin yazılması və əmrlərin hazırlanması;
İşçilərin əmək kitabçalarında işə qəbul, dəyişiklik və xitam məlumatlarının qeydiyyatını aparır və qorunub saxlanmasını təmin edir;
İnsan resursları üzrə hesabatları tərtib edir və tələb olunan yerə vaxtında təqdim edir;
Aylıq tabelləri hazırlayır və ya nəzarət edir;
İş yerinə dair arayış, əmrdən çıxarış, xasiyyətnamə və s. kimi sənədləri hazırlayır; kadr işlərinin təşkili ilə bağlı sair tapşırıqların icrası;
İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı AR Əmək Məcəlləsinin tələblərinə əməl etmək.