Əlavə məlumat
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə, Təlimatlarına və Cəmiyyətin Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
İşçilərin məlumatlar bazasının doldurulması;
Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
Xəstəlik vərəqələrinin doldurulması;
Ezamiyyə sənədlərinin rəsmiləşdirilməsi;
Həftəlik və aylıq hesabatların hazırlanması;
Əmək müqavilələrinin və xidmətlər göstərilməsi haqqında mülki-hüquqi müqavilələrinin tərtib olunması, onlara müxtəlif əlavə razılaşmaların, bildiriş məktublarının hazırlanması;
Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.);
E-gov.az, İSB və 1C sisteminə tələb olunan məlumatları daxil etmək;
Yeni işə başlayan işçiləri ilkin təlimatla tanış etmək və tələb olunan sənədləri təqdim edərək imzalatmaq;
Şöbələr tərəfindən təqdim olunan tabelləri ilkin yoxlanışını aparmaq və səhvlər olduqda dərhal şöbəni rəhbərini məlumatlandırmaq;
Təsadüfi yoxlamalar apararaq təmizliyə nəzarət etmək (işçilərin dəyişmə otağı, işçi yeməkxanası, ofislər, işçilərin ayaq yolu və s.);
İşçi heyətin sosial tədbirlərinin təşkilində köməklik göstərmək;
İnsan Resursları e-poçt hesabını nəzarətdə saxlanmaq və gələn e-poçtlara operativ cavab vermək;
Məxfiliyin hər zaman saxlanmasını təmin etmək və məlumatı yalnız lazımi şəxslərə təqdim etmək;
Adı çəkilən vəzifə ilə bağlı bütün siyasətləri və proseduraları müvafiq olaraq vəzifə və öhdəliklərini vaxtında və səmərəli şəkildə icra etmək;