Müasir mühasibin portreti necə təsəvvür edilir? (1-ci hissə)
Yüksək analitik və riyazi qabiliyyətlər, təhlil və sintez qabiliyyəti, diqqətlilik, texniki hazırlıq, sənəd və rəqəmlərlə işləməyə meyllilik, əzmkarlıq, monoton işlərə davamlılıq, aşağı yorğunluq, stressə qarşı müqavimətlilik.
Daha geniş mənada, psixoloji portret intellekt, temperament, xarakter, hisslər, emosiyalar, qabiliyyətləri əks etdirir.
Mühasibdə onun peşəkar fəaliyyəti ilə yanaşı şəxsiyyətin aşağıdakı keyfiyyətləri inkişaf edir: informasiyanın sistemləşdirilməsinə meyllilik, tənqidi təhlil, öz fikirlərini müdafiə etməkdə inadkarlıq, maraqların davamlılığı, praktiklik, məsuliyyətlilik, pedantlıq.
Müəssisə rəhbərinin öz mühasibinin portretini bilməsi nə üçün vacibdir?
Mühasib – bu, şirkətin maliyyə fəaliyyətinin özünəməxsus nəzarətçisidir. Əlbəttə, onun sahibinə öz şirkətində kimin maliyyə vəsaitinə, digər məlumatlara çıxışı olması barədə təsəvvürə malik olması çox vacibdir.
Həmçinin, bu biliklər müəssisə rəhbərinə onun məhsuldarlığına uğurla təsir göstərməsinə, motivasiyanı idarə etməyə, güclü və zəif cəhətləri görməyə, lazımi korporativ dəyərləri formalaşdırmağa, onun sadiqliyini və etibarlılığını müəyyən etməyə, münaqişəli vəziyyətlərdən çəkindirməyə mane olmayacaq.
Hər bir insan üçün olduğu kimi, mühasibdən ötrü də davranış tərzi vasitəsilə həyata keçirilən müəyyən motivasiyalar dəsti xarakterikdir. Yəni, bu o deməkdir ki, psixoloji tip anadangəlmə tələbatlar dəsti və onların həyata keçirilməsi ilə şərtlənir. Belə çıxır ki, bəzi hallarda psixoloji tip özünü başlıca olaraq tələbatlarda, bəzi hallarda isə onların həyata keçirilməsi üslubunda büruzə verir.
Məsələn, insanın fərdiliyini, onun psixoloji tipini müəyyənləşdirmək üçün effektiv bir üsul zarafatlardır. Bu üsul hələ Pifaqor tərəfindən tətbiq edilmişdir.
Hər hansı bir adamı öz məktəbinə qəbul etməzdən əvvəl o, həmin şəxslə zarafatlara yol verirdi. Bir çox şirkətlərdə də yeni işləməyə gələnlərlə bu cür zarafatlar etmək, bir növ qəbul olunub.
Bunun əsas məqsədi – kollektivin sıralarına yeni daxil olan insanı özünü göstərməyə, öz psixoloji növünün xüsusiyyətlərini nümayiş etdirməyə sövq etdirməkdir.
Baxışların sayı: 14292