Bir mühasibin iş rahatlığı niyə dəyişmir və ya klassik mühasibat uçotu niyə şirkətin idarə olunması üçün yararlı deyil (1-ci hissə)
Ardıcıl olaraq üçüncü ildir ki, Qanun Liqası mühasiblər arasında vergilər sahəsində dövlətin effektivliyini müəyyən edən, “mühasiblərin işinin yüngüllük indeksi” ilə bağlı sorğu keçirir.
Bu ilki sorğunun nəticələrinə əsasən, daim dəyişən vergi qanunvericiliyinin (60,3%) mühasibin başlıca problemi olması ilə bağlı məlumat elə də yeni xəbər olmayıb.
Bu problemlər də aktual olaraq qalmaqdadır:
• qanunvericilik normalarının müxtəlifliyi və ümumiləşdirici vergi məsləhətləşmələrinin olmaması (50,2%);
• 37% vergi orqanları ilə fikir ayrılığı olduqda özlərini qoruya biləcəyinə əmin deyil;
• ötən il 28,4% mühasib tənzimləyici orqanların nümayəndələri ilə münaqişə vəziyyəti yaşayıb.
Ötən illərdə olduğu kimi, mühasiblərin yarıdan çoxu (52 %) son bir il ərzində vergi qanunvericiliyində dəyişiklikləri mənfi qiymətləndirib. 58,7% üçün ən çox gözlənilən vergi islahatı, yeni maliyyə ili başlamazdan əvvəl vergi qanunvericiliyində dəyişikliklərin qadağan edilməsidir.
Bundan əlavə, mühasiblər koronavirusa görə vergi güzəştləri ilə bağlı fikirlərini ifadə ediblər:
• 62% vergi güzəştlərini biznes üçün səmərəsiz hesab edir;
• 54,4% biznesin ilk növbədə vergi tətillərinə ehtiyacı olduğuna əmindir;
• 47,1% məqsədli dövlət dəstəyi proqramlrına səs veriblər;
• 45,2% - işsizliyin azaldılmasına yönəlmiş proqramlara səs veriblər.
Onlar öz işləri barədə belə deyiblər:
• işin həcmi eyni səviyyədə (46,5%) qalıb və ya artıb (36,7%);
• respondentlərin 56 faizi səhvlərə, əməkdaşların düzgün sənədləşdirilməməsi və maaşların yenidən hesablanmasına görə məsuliyyətin mühasibin üzərinə düşdüyünü bildirib;
• 46% respondentə görə mühasiblərin fərdi gəlirləri azalıb və ya son 3 ay ərzində tamamilə dayandırılıb;
Tarix : 22.10.2021
Baxışların sayı: 14918