Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasibat uçotunun təhlili və auditi: fərq varmı? (1-ci hissə)

Mühasibat uçotunun təhlili və auditi: fərq varmı? (1-ci hissə)

Mühasibat uçotunun, vergi uçotunun keyfiyyəti daim nəzarət altında olmalıdır. Ancaq,  yalnız daxili nəzarət yetərli ola bilməz. Mühasibat uçotunun vəziyyətinin ekspert qiymətləndirilməsinin əldə edilməsinin bir neçə yolu var. Hər şeydən əvvəl, iki profil xidmətini qeyd etmək lazımdır: müəssisənin mühasibatlığının təhlili və audit. Onları çox vaxt bir-birindən fərqləndirmirlər.

Əslində mühasibat uçotunun təhlili və auditi arasında əhəmiyyətli fərqlər vardır. Onlar eyni məqsədi daşıyırlar: ümumi və ya ayrı-ayrı sektorlarda mühasibat səhvlərinin müəyyən edilməsi. Yoxlamanın dərinliyi və miqyası isə fərqlidir. Bu və ya digər xidmətin sifarişinin nə vaxt sərfəli olduğunu müəyyən etmək üçün təhlili və yoxlamanı daha ətraflı nəzərdən keçirək.

Uçotun təhlili: əsas vəzifələri:

Müəssisənin mühasibat uçotunun təhlili ekspres-yoxlamadır. Çox vaxt o, bu tapşırıqları həll edir:

• hesabatlarda cari səhvlərin, uçotda maliyyə-təsərrüfat əməliyyatlarının yanlış və ya qeyri-düzgün əks olunması faktlarının aşkar edilməsi;

• vergi bazasının, vergilərin hesablanmasının düzgünlüyünü yoxlamaq;

• mühasibatın kadr heyətinin səriştəliliyinin yoxlanılması;

• məlumatların bir hissəsi itirildikdə və ya mühasibat uçotu sahibkarlıq subyektinin fəaliyyətində fasilədən sonra bərpa edildikdə, uçotun bərpa edilməsinin zəruriliyinin müəyyən edilməsi.

Təhlil vergi yoxlaması ərəfəsində aktual ola bilər. Xidmət vergi orqanlarını maraqlandıran sektoru tez və keyfiyyətlə yoxlamağa, müfəttişlərlə görüşədək vaxtında düzəldilə biləcək səhvləri aşkar etməyə imkan verir.

Uçot təhlilinin fokus nöqtələri:

Şirkətin mühasibat uçotunun təhlili bunlara təsir göstərə bilər:

• uçot siyasətinə;

• vergi uçotuna;

• mühasibatlığın ilkin sənədlərinə;

• kassa əməliyyatlarına;

• uçotda iqtisadi əməliyyatların əks olunması (qeydiyyatlar, hesablar, alt hesablar).

Mütəxəssislər tərəfindən konkret müddət üçün məlumatlar yoxlanılır. Uçot siyasətinə gəldikdə isə, bu siyasət qüvvədə olan qanunvericiliyə uyğun olaraq təhlil edilir. Həmçinin mütəxəssislər tətbiq olunan uçot metodlarının lokal sənədə uyğunluğunu müəyyən edirlər. Uyğunsuzluqlar aşkar edildikdə, xidmətin müştərisinə uçot siyasətində dəyişiklik edilməsi tövsiyə olunur.

Baxışların sayı: 15108