Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib – bu necə peşədir (4-cü hissə)

Mühasib – bu necə peşədir (4-cü hissə)

Peşənin təsviri, müsbət və mənfi tərəfləri

Mühasib – bu, tələb olunan peşədir. Nə qədər zaman keçsə də, dünya nə qədər dəyişsə də, iqtisadi münasibətlər mövcud olduqca, mühasiblərə də ehtiyac duyulucaq.  Şübhəsiz ki, bu peşənin üstünlükləri olduğu kimi çatışmazlıqları da yox deyil. Gəlin bütün bunlar haqqında, eləcə də mühasib peşəsinə necə yiyələnmək barədə danışaq.  

Müasir mühasib peşəsi

Peşəkar mühasibat fəaliyyətində bir sıra istiqamətləri qeyd etmək olar:

• maliyyə uçotu;

• idarəetmə uçotu;

• vergi uçotu;

• büdcə təşkilarında mühasibat uçotu;

• beynəlxalq standartlara müvafiq uçot;

• bank işi;

• auditor fəaliyyəti;

• pedoqoji və elmi-tədqiqat fəaliyyəti.

Bu istiqamətlərin hər birində müasir mühasib inkişaf edə bilər. Gördüyünüz kimi, istədikdə, mühasib yalnız praktik mütəxəssis olmaqla kifayətlənməyib, həm də tədris fəaliyyətini həyata keçirə bilər və əgər maraqlandıqda, hətta peşəkar mövzularda əsərlər də yaza bilər.

Mühasib-iqtisadçı nə işlə ilə məşğuldur?

İqtisadçı-mühasib peşəsi müəssisədə maliyyə və idarəetmə uçotunun aparılmasını, iqtisadiyyatın və mühasibat işinin biliklərinin uyğunlaşdırılmasını nəzərdə tutur. Belə mütəxəssisin vəzifələrinə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təhlili, maya dəyərinin hesablanması, maddi resursların xərclənməsinə nəzarət və s.daxildir.

Mühasib-iqtisadçıların ayrıca peşəyə ayrılması iri müəssisələrdə baş verir, təşkilat kiçik olduqda isə bütün bu vəzifələr mühasibin üzərinə düşür.

Xarakterinizin bütün lazımi keyfiyyətlərinə sahibsinizsə, sənədləri, rəqəmləri və təhlili sevirsinizsə, işdə monotonlluqdan qorxmursunuzsa, onda mühasib peşəsini mənimsəmək gələcəyə inam verən səriştəli bir qərardır.
 

Tarix : 29.09.2021

Baxışların sayı: 16294