Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib necə peşədir? (2-ci hissə)

Mühasib – bu necə peşədir (2-ci hissə)

Peşənin təsviri, müsbət və mənfi tərəfləri

Mühasib – bu, tələbolunan peşədir. Nə qədər zaman keçsə də, dünya nə qədər dəyişsə də, iqtisadi münasibətlər mövcud olduqca, mühasiblərə də ehtiyac duyulucaq.  Şübhəsiz ki, bu peşənin üstünlükləri olduğu kimi çatışmazlıqları da yox deyil. Gəlin bütün bunlar haqqında, eləcə də mühasib peşəsinə necə yiyələnmək barədə danışaq.  

Mühasib elə bir peşədir ki, ona yiyələndikdən sonra heç vaxt çörəksiz qala biləcəyin barədə narahatlıq keçirməyəcəksən. Hər ötən il isə sizin bir mütəxəssis kimi dəyərinizi artırmağa xidmət edəcək.

Peşə üçün xarakterik xüsusiyyətlər

Mühasib – heç də hər kəsə uyğun bir peşə deyil. İşin yalnız pul deyil, həm də zövq gətirməsini istəyirsinizsə, onda xarakterterinizə uyğun bir ixtisas seçməlisiniz.

Mühasib kimi çalışmaq üçün əzmkarlıq, səbr və detallara diqqət, çox sayda məlumatlarla işləmək, təhlil etmək, ümumiləşdirmək bacarıqları tələb olunur. Səliqəlilik və dəqiqlik, diqqəti uzun zaman ərzində bir tapşırığın üzərinə yönəltmək çox vacibdir.

Vaxtın çox hissəsini kompüter arxasında sənədlərlə keçirmək, formullarla, rəqəmlərlə və cədvəllərlə işləmək lazım olduğundan, belə bir peşə daha çox introvertlərə uyğun gəlir. Estravertlər isə ünsiyyət olmadan darıxacaqlar.

Yaxşı mühasib olmaqdan ötrü hər şeylə maraqlanmaq və yeni şeylər öyrənmək istəyi olmalıdır. Qanunvericilik çox tez-tez yenilənir və vacib dəyişikliklərdən xəbərdar olmaq üçün çoxlu sayda peşəkar ədəbiyyat oxumalı və təlim seminarlarında iştirak etməlisiniz.

Digər tərəfdən müəssisənin maraqlarını müdafiə edə bilmək, ədalətli, stresə davamlı olmaq vacibdir. Mühasib – bu, vergi müfəttişliyinin, büdcədənkənar fondların nümayəndələri ilə ünsiyyəti özündə cəmləşdirən bir peşədir. Bunun üçün xarakterin sərtliyi və emosional sabitlik lazımdır. Mühasibat uçotunun düzgün aparılmaması, düzgün hesablanmamış vergilərə və yığımlara gətirib çıxarır ki, bu da  cərimələrlə nəticələnə bilər.

Mənfi cəhətlərə işin monotonluğunu aid etmək olar – mühasib eyni tipli prosedurları yerinə yetirməli, müəyyən edilmiş nümunəyə görə standart vəzifələri həll etməli, normativlərə və təlimatlara riayət etməlidir.

İş yükünün düzgün paylanılmaması da bu peşənin xarakterik cəhətlərindən biridir. Hesabat dövründə mühasiblərin işi xüsuslə çox olur. Həmin dövr üçün xroniki yorğunluq, nevroz və ya depressiyaya səbəb ola biləcək streslər xarakterikdir. Eləcə də hesabat dövründə iş günü normadan kənara çıxır.

Tarix : 27.09.2021

Baxışların sayı: 16187