Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan resurslarının istifadəsi və inkişafında xarici təcrübə (1-ci hissə)

Giriş

Kadrların idarə edilməsində əsasən xarici alimlər tərəfindən yaradılmış eyni nəzəri konsepsiyaların istifadəsinə baxmayaraq, Rusiyada və xaricdə kadrların idarə edilməsinə yanaşmalar, əhəmiyyətli dərəcədə fərqlənir. Kadrların idarə edilməsində və əmək motivasiyasının yaxşılaşdırılmasında ən mühüm uğurlar Yaponiya və Amerika firmalarında əldə edilmişdir.

Bu baxımdan, sözügedən ölkələrdə istifadə olunan kadrların idarə edilməsi üsulları digər dövlətlər üçün idarəetmənin inkişafından ötrü bir növ standartdır.

Yapon idarəetmə sisteminin uğurunu insanlarla işləmək bacarığı müəyyən edir. Ən sadələşdirilmiş şəkildə yapon personalının idarə edilməsi üsulları və əmək motivasiyasına yanaşmaları “ömürlük” işədüzəltmə sistemlərinin, müəssisənin bütün subyektlərinin (işçilərin, rəhbərliyin və firmadaxili həmkarlar ittifaqlarının) vəzifə subordinasiyasının və maraqlarının vəhdəti kimi təqdim edilə bilər.

Tədqiqatın məqsədi: təşkilatda insan resurslarının istifadəsi və inkişafı sahəsində xarici təcrübəni araşdırmaq

Tədqiqatın materialları və metodları

Metodoloji əsaslar sistem təhlili, müqayisə və analogiyaların öyrənilməsi metodlarına əsaslanır. Məqalədə nəzəri əsas kimi insan resurslarının idarə edilməsi məsələləri üzrə yerli və xarici alimlərin biznesin inkişafı vasitəsi kimi elmi əsərlərindən istifadə olunmuşdur. İqtisadi və digər ixtisaslaşdırılmış ədəbiyyatlar, dövri nəşrlərdən məqalələr informasiya mənbələri kimi çıxış edib.

Tədqiqatın nəticələri

Yapon işçilərində əməyə olan yüksək motivasiya firmanın maraq və məqsədlərinə aid olmaq tələbatının ödənilməsini dəstəkləyən idarəetmə üsullarını təmin edir. Beləliklə, onlarda belə bir hiss yaranır ki, onlar da istehsal sahibidirlər və firmada hər hansı qərarların qəbul edilməsində onların fikri böyük əhəmiyyət kəsb edir. Bu illüziyanı işçilərin şirkətlərdə ilk iş günündən düşdüyü amillər yaradır.

Birincisi, bu adaptasiyadır (uyğunlaşma). Yeni işə qəbul olunmuş işçilər bir neçə ay ərzində şirkət tərəfindən hazırlanmış proqrama əsasən qrup təcrübəsi və ixtisas hazırlığı keçirlər, bu müddət ərzində yeni gələn işçilərin meylləri, qabiliyyətləri və istəkləri aydınlaşdırılır.


Borc, inam və pulun funksiyası (1-ci hissə)


İkincisi, xidmətdə irəliləmə. Yapon firmalarında kadrların iyerarxik yüksəlişi daim həyata keçirilir. Bu irəliləmələr kiçik ola bilər, lakin onların müntəzəmliyi insanları yaxşı motivasiya edir, daimi əmək karyerası perspektivləri hissi yaradır.

Üçüncüsü, şirkətlərdə hökm sürən sosial-psixoloji iqlim. Bir çox yapon şirkətləri öz vəsaitləri hesabına müxtəlif idman tədbirləri, müxtəlif cür axşamlar təşkil edir: ailə şənlikləri, toylar, yubileylər və s..

Yaponiyanın idarəetmə sisteminin əsasında motivasiya resurslarına xidmət edən prinsiplər durur. Yaponiyanın personalın idarə olunması təcrübəsinin xüsusiyyəti iqtisadiyyatın özəl sektorunda, sənaye sektorunu təşkil edən iri korporasiyalarda “ömürlük işlə təmin etmə” təcrübəsidir.

Bu sistemin yaradılması, əhalinin pensiyaya çıxana qədər iş təminatına ehtiyacı, iş stajından asılı olaraq, statusun və əmək haqqının daimi artırılması ilə bağlıdır.

Hazırda “ömürlük məşğulluq” sistemi yalnız iri korporasiyalarda qalıb, çünki onun iqtisadi səmərəliliyi getdikcə azalır. Ancaq, aşkar üstünlük – təkcə işçilər və müəssisə üçün deyil, bütövlükdə bütün yapon cəmiyyəti üçün faydalı olan məşğulluğun sabitliyi müasir şəraitdə ona Yaponiyada əməyi həvəsləndirən əsas amil olaraq qalmağa imkan verir.

Beləliklə, işsizliyin aşağı səviyyəsinə nail olunur – bu, istənilən ölkədə ictimai-siyasi və iqtisadi vəziyyətin sabitliyi üçün əsasdır. Zəngin “insan kapitalı” toplanır ki, bu da istehsal münasibətlərinin möhkəmləndirilməsi baxımından daha asan idarə olunur.

Personalın idarə edilməsinin digər bir effektiv sistemi ABŞ-da qəbul edilmiş modeldir və onun əsasını fərdilik prinsipi təşkil edir.

Bu model çərçivəsində idarəetmə prosesində diqqət parlaq şəxsiyyətə və onun fərdi keyfiyyətlərinə yönəldilir ki, bu da təşkilatın məqsədlərinə çatmağa kömək edir və onun fəaliyyətini yaxşılaşdırmağa imkan verir. Amerikalı işçilər üçün əsas amil iqtisadi stimullaşdırma amilidir.

Tarix : 28.10.2022

Baxışların sayı: 294