Sinteks Şirkətlər qrupuna hal hazırda Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis maliyyə planlaşdırılması, "MHBS”-nin tələblərinə uyğun olaraq maliyyə və idarəetmə hesabatlarının hazırlanması, xərclərə nəzarət prosesində iştirak edir.
Vəzifə öhdəlikləri:
• Şirkətin aylıq, rüblük, illik idarəetmə və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak;
• Növbəti il üçün maliyyə planlaşdırılması prosesinə hazırlığın təşkili və büdcənin formalaşdırılması;
• Büdcə icraatı və xərclərə nəzarət edilməsi;
• Dövr üçün təsdiqlənmiş büdcələrin aylıq və rüblük əsasında plan/fakt hesabatının təqdim edilməsinin icrası;
• Satışın plan/fakt hesabatının hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər
Təhsil:
• Mühasibat, İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil.
Təcrübə:
• Büdcə / Maliyyə / Mühasibat sahəsində 1 ildən çox təcrübə.
Professional biliklər:
• MS Office Proqramları .
Professional bacarıqlar və kompetensiyalar:
• Analitik düşüncə;
• Ünsiyyət bacarıqları;
• Zamanın idarəolunması;
• Detallara diqqət;
• Məsuliyyət.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
E-mail:recruitment@sinteks.com / info@finstaff.az