İş barədə məlumat
• Müəssisənin uzunmüddətli aktivlərinin, öhdəliklərinin siyahısına əsasən əmlak və öhdəliklərinin inventarizasiyasını təşkil etmək, keçirilən inventarizasiyanın nəticələrini əks etdirən sənədlərin təhlil olunmasını, öhdəliklərin mövcudluğu, vəziyyəti və qiymətləndirilməsi ilə bağlı nəticələri hazırlamaq;
• Uzunmüddətli aktivlər üzrə hər ayın sonunda amortizasiyanın hesablanmasına nəzarət etmək, aidiyyəti olan məsul şəxslərin iştirakı ilə satılan, ləğv olunan, silinən və ya yerdəyişməsi olan sənədlərin (təhvil-təslim aktı, qaimə-faktura, yerdəyişmə, silinmə aktı və sair) təsdiqlənməsini icra etmək;
• Şirkətin aylıq, rüblük və ya illik maliyyə hesabatlarının hazırlanması;
• Hesabatların məzmununun yoxlanılması və yekun nəticələrin hazırlanması;
• Şirkətin maliyyə performansının izlənilməsi və şirkətin strateji məqsədlərinə uyğun olub-olmadığının qiymətləndirilməsi;
• Maliyyə hesabatları ilə bağlı məlumatların hazırlanması ilkin baxışa təqdim edilməsi;
• Maliyyə analizi üçün statistik və digər məlumatların toplanması və analizi;
• Maliyyə rəhbərinin, rəhbərliyin sorğularına əsasən maliyyə hesabatlarının analizi və müzakirəsi üzərində işləmək;
• Müştərilərə, rəhbərliyə və müəssisənin digər bölmələrinə maliyyə məlumatların təqdim edilməsi;
• Hesabatların hazırlanması və təqdim edilməsi prosesində maliyyə məlumatların düzgün və tam olmasının yoxlanılması və təmin edilməsi;
• İşin aparılmasında maliyyə standartlarının tələblərinə uyğunluğun nəzarət edilməsi və maliyyə proseslərinin keyfiyyətinin təmin edilməsi;
• Daxili hesabatların hazırlanması üçün lazım olan məlumatların toplanması, təhlili və qeydiyyatı
• Şirkətin illik büdcəsinin hazırlanması və təqdim edilməsi üçün işlərin görülməsi;
• Büdcə ilə bağlı məlumatların hazırlanması ,illik, rüblük və aylıq büdcə göstəricilərin yoxlanılması, izlənilməsi və təhlil edilməsi, varsa problemlərin araşdırılması və aradan qaldırılması;
• Büdcə planı ilə uyğun olaraq, təşkilatın maliyyə performansının izlənməsi və hesabatların hazırlanması;
• Büdcə icrası prosesində maliyyə nəzarətinin təmin edilməsi, lazım olan hesabatların hazırlanması və büdcə təhlilinin aparılması;
• Audit materiallarının hazırlanmasının koordinasiyası, maliyyə hesabatı, auditorların fəaliyyətinə nəzarət və onların təklif və iradlarının araşdırılması;
• Şirkətin büdcəsinin və maliyyə proqnozlarının tərtibatının razılaşdırılması və dəyişikliklər və həmin dəyişikliklərin səbəbləri barədə hesabat verilməsi;
• Artıq/əskik xərclərin, faktiki gəlir və xərclərin təhlilinə dəstək və müxtəlif statistik hesabatların hazırlanması;
• Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili.
Əməkhaqqı 800-1200azn