İş barədə məlumat
• Uçotu “Mühasibat Uçotu” üzrə Qaydalara, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla həyata keçirmək;
• Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Proseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak etmək;
• Filial tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında düzgün əks etdirmək ;
• Filialın təsərrüfat fəaliyyətində material, əmək və maliyyə rejiminə ciddi riayət etmək;
• Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
• Daxil olan pul vəsaitlərini mühasibat uçotu hesablarında əks etdirmək;
• Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyyatların aşkara çıxarılması məqsədilə mühasibat uçotu və hesabat məlumatları üzrə Filialın maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini təmin etmək;
• Sahəsinə aid olan Məcəllələr, Qərarlar və digər zəruri iş alətləri üzrə yeniliklər barədə daim məlumatlı olmaq;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.