İş barədə məlumat
PAŞA Sığorta ASC şirkəti Korporativ Bank kanalları üzrə mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.
Vəzifə və öhdəliklər:
• Cəmiyyət tərəfindən satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi;
• Satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu partnyorlar üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi;
• Mövcud olan korporativ bank müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləmək;
• Bank, bank olmayan kredit təşkilatı və lizinqlər ilə mütəmadi görüşlər keçirərək, “PAŞA Sığorta” ASC-nin bank sığorta məhsullarının satışını həyata keçirmək;
• Gündəlik satış barədə müvafiq hesabat formasını birbaşa rəhbərə təqdim etmək;
• Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
• Korporativ bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;
• Hər bir korporativ müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları və müvafiq müştərilərlə əlaqəli digər komunikasiyaları özündə əks etdirən ayrıca faylların yaradılması və onlara nəzarət edilməsi.