Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Fərdi bank kanalları şöbəsinin rəhbəri / Müavin

Razılaşma

PASHA Insurance

Baxışların sayı: 130

Elan #12380

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
25.04.2024
Bitmə tarixi
21.05.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

“PAŞA Sığorta” ASC “Fərdi bank kanalları şöbəsinin rəhbəri/müavin” vakansiyası elan edir.

• Müvafiq sığorta məhsulları üzrə tarifləri müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
• Mövcud olan fərdi, bank müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
• Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
• Hər bir fərdi müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli digər komunikasiyaları özündə əks etdirən ayrıca faylların yaradılması və onlara nəzarət edilməsi;
• Müvafiq növ sığorta məhsullarının cari satışı, görülmüş işlərin vəziyyəti, gündəlik şifahi məruzələrin və yazılı aylıq hesabatların Satış Departamentinin Direktoruna təqdim edilməsi;
• Satış həcminin artırılması və yeni müştərilərin cəlb edilməsi məqsədi ilə fərdi, bank və digər təşkilatların təmsilçiləri ilə görüşlərin və danışıqların aparılması;
• Bank kanalları şəbəkəsinin öyrədilməsi və sonrakı inkişafı üzrə səmərəli hazırlığın təmin olunması;
• Tabeçiliyində olan işçilər arasında iş bölgüsünün düzgün aparılması;
• Tabeçiliyində olan işçilərin gündəlik, həftəlik və aylıq gördüyü işlərə nəzarət edilməsi;
• Tabeçiliyində olan işçilərə təhkim olunmuş bank kanalları üzrə satışlara ayrı-ayrılıqda nəzarət edilməsi və işçilərdən müvafiq olaraq hesabatlar alınması;
• Mövcud bank kanallarının qorunub saxlanılması və yeni bank satış kanallarının cəlb olunması;
• Bank Kanalları şöbəsinin sığorta məhsullarının yenilənməsinə nəzarət edilməsi.

Namizədə tələblər

• İş təcrübəsi: Biznes, Maliyyə və Marketinq sahəsi üzrə 4-5 il iş təcrübəsi tələb olunur.
• Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat ixtisasları üzrə balakavr dərəcəsi.
• Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla.
• Kompüter bilikləri: MS Office: yaxşı, Outlook: yaxşı.
• Fərdi keyfiyyət tələbləri: Ünsiyyətçilik, detallara diqqət, analitik düşüncə, yaranan şəraitdə tez reaksiya göstərmək, komanda ilə işləmək, təklif olunan məhsulu satmaq və tanıtmaq, iderlik və koordinasiya.
• İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 31 may 2024
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

E-mail:recruitment@pasha-insurance.az / info@finstaff.az